Putin Dağıstandakı daşqınlarla bağlı göstəriş verdi: 3 milyard rubl ayrılacaq

Putin Dağıstandakı daşqınlarla bağlı göstəriş verdi: 3 milyard rubl ayrılacaq
07.09.2026 16:39 Dünya

Rusiya Prezidenti Vladimir Putin Dağıstanda daşqından zərər çəkən sakinlərə təcili yardım göstərilməsi barədə göstəriş verib.

TodayPress TV xəbər verir ki, Kremlin məlumatına görə, Putin Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukinlə görüşündə daşqın nəticəsində əmlakına ziyan dəyən vətəndaşların kompensasiya məsələsinin gecikdirilməməsini tələb edib.

Şukin bildirib ki, zərərçəkənlərə kompensasiya ödənilməsi üçün təxminən 3 milyard rubl ayrılacaq. Vəsait ictimai təşkilatlar, xeyriyyəçilər və donorlar tərəfindən toplanıb.

Dağıstanda yaz aylarında güclü yağış və küləklərin ardınca genişmiqyaslı daşqınlar baş verib. Ən çox zərər Mahaçqalaya dəyib və şəhərdə fövqəladə vəziyyət elan olunub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə daşqının miqyası əks olunub. Güclü su axını bir neçə nəfəri aparıb, təcili yardım avtomobili isə su altında qalıb. Rusiya Daxili İşlər Nazirliyi hadisələr zamanı bir uşağın avtomobildən düşərək su axınına məruz qaldığını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər