Putin çinli mühəndisin arzusunu reallaşdırdı - VİDEO

Dünya

20.05.2026 12:07

Vladimir Putin ilə 26 il əvvəl uşaq yaşlarında görüşən çinli mühəndis Pen Pay onunla yenidən görüşüb.

TodayPress TV xəbər verir ki, Pen Pay "RT"yə açıqlamasında görüşlə bağlı təəssüratlarını bölüşüb.

“Düşünürəm ki, bu, sadəcə ikiqat uğur deyil, yüzqat daha artığıdır.”

O, Vladimir Putinə demək istədiklərini də belə ifadə edib:

“Siz hələ də güclü və əzəmətlisiniz. Mən isə o kiçik oğlandan yetkin bir insana çevrilmişəm.”

Xatırladaq ki, 2000-ci ildə Pekindəki Beihai Parkda ailəsi ilə gəzən Pen Pay Vladimir Putinə əl yelləmişdi. Rusiya prezidenti ona yaxınlaşaraq qucağına almış və alnından öpmüşdü. Həmin anın fotosu uzun müddət dünya mediasında maraqla qarşılanmışdı.

Qeyd edək ki, Vladimir Putinin mayın 19-da Çinə rəsmi səfəri çərçivəsində  Pen Pay ilə yenidən görüşü baş tutub.

Jalə Rövşən 

TodayPress TV


tag: Vladimir Putin ,Rusiya ,Çin ,Todaypress.tv ,Pen Pay,