Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi...

Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən  cavab gecikmədi...
15.06.2026 14:11 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə cavab verəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Rusiyanın gecə hücumu nəticəsində zədələnmiş Kiyevo-Peçersk Lavrasını ziyarəti zamanı danışıb.

«Biz hələ deyəcəyik. Görəcəksiniz», — deyə Zelenski bildirib.

Qeyd edək ki, iyunun 15-i səhər saatlarında Rusiya Kiyevə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan tarixi Kiyevo-Peçersk Lavrası ciddi zədələnib, xüsusilə Uspenski (Yuxarı) Soborunun damı yanğına tutuşub. Yanğın söndürülüb, lakin abidəyə əhəmiyyətli ziyan dəyib.



XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər