Portuqaliyada prezident seçkisi keçirilir
Portuqaliyada prezident seçkisində səsvermə başlayıb. Ali dövlət postu uğrunda 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00 - red.) açılıb və saat 19:00-a (23:00) qədər fəaliyyət göstərəcək.
Səsvermənin ilkin nəticələrinin artıq gecə saatlarında elan ediləcəyi gözlənilir. Əgər namizədlərdən heç biri səsvermə nəticəsində 50%-dən çox səs toplaya bilməsə, fevralın 8-də seçkinin ikinci turu keçiriləcək.