Politico: “AP nümayəndə heyətinin Ukraynaya səfərini ləğv edib”

Politico: “AP nümayəndə heyətinin Ukraynaya səfərini ləğv edib”
04.12.2025 12:31 Dünya

Ukrayna hakimiyyəti  "Almaniya üçün Alternativ" (AfD) partiyasından olan parlament üzvünün iştirakına etiraz etdikdən sonra Avropa Parlamentinin nümayəndə heyəti Ukraynaya planlaşdırılan səfərini ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" yazıb.   

Nəşrin məlumatına görə, dekabrın 1-də Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin (SEDE) üzvlərinin Ukraynaya səfəri planlaşdırılıb. 

Lakin Ukrayna tərəfi “Almaniya üçün Alternativ”in (AfD) üzvü Hans Noyhoffun nümayəndə heyətinə daxil edilməsi ilə bağlı “təhlükəsizlik”lə bağlı narahatlığını bildirib. 

Kiyev Avropa Parlamentinin sədri Roberta Metsolanın ofisini xəbərdar edib, bundan sonra məlumat SEDE katibliyinə və üzvün özünə ötürülüb.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər