PKK terror təşkilatı Türkiyədən çəkildiyini elan etdi
PKK terror təşkilatı Türkiyədən tamamilə çəkildiyini və fəaliyyətinə son verdiyini açıqlayıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, qərar təşkilatın lideri Abdullah Öcalanın çağırışı ilə keçirilən 12-ci Qurultayda qəbul edilib.
Qurultayda PKK-nın buraxılması və Türkiyə ərazisindəki bütün fəaliyyətlərinin dayandırılması barədə qərar elan olunub.
Jalə Rövşən