Pezeşkian su böhranı ilə bağlı xəbərdarlıq etdi
İran Prezidenti Məsud Pezeşkian ölkədə su ehtiyatlarının azalması və quraqlıq təhlükəsinin yaxınlaşdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın rəsmi “IRNA” agentliyi məlumat yayıb.
“Su böhranı bu gün cəmiyyətin ciddi problemlərindən birinə çevrilib. Bütün göstəricilər su ehtiyatlarının azaldığını, eniş tendensiyasını və quraqlığa doğru irəlilədiyimizi göstərir. Su istehlakına nəzarət edilməzsə, sentyabr və oktyabr aylarında su anbarlarında su qalmayacaq. Tehranda su olmasa ciddi çətinliklərlə üz-üzə qalacağıq”, - deyə Pezeşkian vurğulayıb.
Aysel Mətləb