Peskovun həyat yoldaşı Aİ-dən 2 milyon avro tələb etdi - SƏBƏB

Peskovun həyat yoldaşı Aİ-dən 2 milyon avro tələb etdi - SƏBƏB
28.07.2026 04:27 Dünya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, olimpiya çempionu Tatyana Navka Avropa İttifaqı Şurasına qarşı məhkəmə iddiası qaldırıb.

TodayPress TV xəbər verir ki, Navka ona qarşı tətbiq edilən sanksiyaların ləğvini və 2 milyon avrodan çox təzminat ödənilməsini tələb edir.

O, sanksiya siyahısına kifayət qədər hüquqi əsas olmadan, hüquqi və faktiki səhvlərlə daxil edildiyini iddia edir. Navka maddi ziyana görə təxminən 135 min avro, nüfuzuna dəyən zərər və digər qeyri-maddi itkilərə görə isə 1,9 milyon avrodan çox təzminat tələb edir.

Bundan əlavə, o, sanksiyaların insan ləyaqəti, şəxsi və ailə həyatı, o cümlədən övladlarının hüquqlarını pozduğunu bildirib.

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər