Peskov Qrenlandiya ilə bağlı açıqlamalara münasibət bildirdi

Dünya

19.01.2026 15:54

Kreml Qrenlandiya ətrafında baş verən prosesləri diqqətlə izləyir və vəziyyəti təhlil edir.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı ABŞ rəsmilərinin açıqlamalarını şərh edərkən bildirib.

Peskov ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlərə toxunaraq, son günlər bu mövzuda müxtəlif məlumatların yayıldığını qeyd edib. Tramp Qrenlandiya ilə bağlı açıqlamalarında Danimarkanın adanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər addım atmadığını iddia edib və mümkün risklərdən danışıb.

“Son günlərdə bu mövzu ilə bağlı kifayət qədər məlumat yayılır”, – deyə Dmitri Peskov bildirib.

O, Danimarka və Qrenlandiya ilə bağlı mümkün planlar haqqında əlavə şərh verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Qrenlandiyanı ABŞ üçün strateji əhəmiyyətə malik ərazi kimi qiymətləndirib. O, adanın yaxınlığında müxtəlif ölkələrə məxsus hərbi gəmilərin fəaliyyət göstərdiyini iddia edib. Danimarka Silahlı Qüvvələri isə Qrenlandiyaya qarşı hər hansı real təhlükənin olmadığını bəyan edib.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ,Dmitri Peskov ,Donald Tramp ,Qrenlandiya,Todaypress.tv,