Pentaqon Ukraynaya dəstəyini ifadə etdi
Pentaqonun siyasət üzrə müavini Elbric Kolbi ABŞ tərəfdaşlarının Ukraynanı dəstəkləməyə borclu olduqlarını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
O, ABŞ-nin dəstəyinin məhdud Amerika resurslarından istifadəyə əsaslandığını, lakin bu yanaşmanın artıq təsirsiz hala gəldiyini aydınlaşdırıb. Kolbinin fikrincə, Avropanın qitənin təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməsinin vaxtıdır. O qeyd edib ki, belə bir addım seçim məsələsi deyil, strateji zərurətdir.
O, həmçinin ABŞ tərəfdarlarını maliyyələşdirməni və silah istehsalını artırmağa çağırıb.
Aysel Mətləb