"Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir

"Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir
15.06.2026 23:30 Dünya

Avropa və Yaxın Şərq ölkələri Amerikanın "Patriot" komplekslərinin məhdud əlçatanlığı səbəbindən, Avropanın "SAMP/T NG" hava və raketdən müdafiə sistemlərini satınalma imkanlarını nəzərdən keçirirlər.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayır.

Agentliyin məlumatına görə, "Eurosam" konsorsiumu Küveyt və Macarıstanla "SAMP/T NG" sistemlərinin mümkün tədarükünü müzakirə edir. İsveçrə və Estoniya da daxil olmaqla, təxminən 15 ölkə bu sistemə maraq göstərir.

Bildirilib ki, "SAMP/T NG" sistemi məhdud təklif və yüksək tələbat səbəbindən tədarükü çətinləşən "Patriot" komplekslərinə Avropa alternativi kimi mövqeləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər