Paşinyanın seçki afişasını cırdı - Dəlixanada asdılar...

Dünya

20.05.2026 11:47

Nikol Paşinyanın seçki plakatını cırdığına görə həbs edilən və cinayət işi qaldırılan ruhi xəstə Armen Ovannisyan 16 mayda köçürüldüyü ruhi xəstəxanada asılı vəziyyətdə tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeys edilib ki, 30 yaşlı Armen Hovhannisyan parlament seçkiləri ərəfəsində Nikol Paşinyanın seçki plakatını zədələməkdə şübhəli bilinərək saxlanılıb. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, lakin rəsmi ittiham irəli sürülməyib. Ruhi vəziyyətində qeyri-sabitlik müşahidə olunduğu üçün o, Artashat polis izolyatorundan Nubarashen Psixi Sağlamlıq Mərkəzinə köçürülüb.

Mayın 16-da saat 18:07-də xəstəxanadan daxil olan məlumata əsasən, A.Hovhannisyan özünü asıb. Tibb işçiləri dərhal müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Ermənistan Daxili İşlər Nazirliyi hadisəni təsdiqləyib və araşdırma aparıldığını bildirib.

İnsan hüquqları fəalları və müxalif bloklar bu hadisəni hakimiyyətin vicdanına yazır, həbsin və cinayət işinin qanunsuz olduğunu vurğulayırlar. Onlar "Ermənistan heç vaxt bu qədər demokratik olmayıb" deyə kinayə ediblər. Hesab edirlər ki, belə hallar seçki öncəsi repressiyaların və siyasi təzyiqlərin göstəricisidir.

Jalə Rövşən

TodayPress TV

tag: Ermənistan ,Seçki ,Armen Hovhannisyan,Nikol Paşinyan ,Todaypress.tv,