Paşinyan “iki od” arasında - İran ABŞ hərbçiləri ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Paşinyan “iki od” arasında -  İran ABŞ hərbçiləri ilə bağlı XƏBƏRDARLIQ ETDİ
07.09.2026 21:23 Dünya

İran Ermənistanın Baş naziri Nikol Paşinyana TRIPP layihəsinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı şərt irəli sürüb.

TodayPress TV xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Tehran layihənin Ermənistan ərazisində təhlükəsizliyinin yalnız Ermənistan Silahlı Qüvvələri və ya hazırda ölkədə yerləşən üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib.

Məlumata görə, İran bununla ABŞ hərbçilərinin öz sərhədlərinə yaxın ərazidə yerləşdirilməsinin qarşısını almağa çalışır.

İran hakimiyyəti hesab edir ki, ABŞ qüvvələrinin Ermənistanda yerləşdirilməsi halında onlar Tehran tərəfindən ABŞ ilə davam edən gərginlik fonunda potensial hərbi hədəf kimi qiymətləndirilə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər