Paris polisi fişəng istifadə etdiyinə görə 40 nəfəri saxladı
Paris polisi Eyfel qülləsinin qarşısındakı Trokadero meydanında fişənglər və tüstü bombalarından istifadə etdiklərinə görə 40 nəfəri saxlayıb.
TodayPress TV-nin məlumatına görə, bu barədə "BFMTV" telekanalı paytaxt polis prefekturasındakı mənbəyə istinadən xəbər verib.
Kanalın məlumatına görə, saxlanılan şəxslər həmçinin Sena sahilində fişənglər atıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qanun pozucularını videomüşahidə kameralarının görüntüləri vasitəsilə müəyyən ediblər.