Pakistan və Əfqanıstan arasında atəşkəs uzadıldı
Pakistan və Əfqanıstan tərəfləri mövcud atəşkəs rejiminin Dohada keçiriləcək danışıqlar başa çatana qədər qüvvədə qalması barədə razılaşıblar.
TodayPress TV-nin "Reuters"-ə istinadla verdiyi xəbərə görə, Pakistan nümayəndə heyəti artıq Dohadadır, Əfqanıstan nümayəndələrinin isə oktyabrın 18-də, şənbə günü Qətərin paytaxtına gəlməsi gözlənilir.
Xatırladaq ki, tərəflər oktyabrın 15-də münaqişənin dialoq yolu ilə həllinə yönəlmiş 48 saatlıq atəşkəs barədə ilkin razılıq əldə etmişdilər. Yeni razılaşma həmin atəşkəsin davam etdirilməsini nəzərdə tutur.
Aynur TAC