Orban Trampla müzakirələr aparacaq

Orban Trampla müzakirələr aparacaq
27.10.2025 22:40 Dünya

Macarıstan ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların ölkə iqtisadiyyatına mümkün təsirlərini araşdırır"

TodayPress TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Nazir bildirib ki, hazırda hökumət ABŞ sanksiyalarının hüquqi və iqtisadi nəticələrini qiymətləndirir.

“Bu həftə ərzində sanksiyaların real təsirlərini araşdıracağıq. Əgər zərurət olarsa, Baş nazir Viktor Orban gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla bu məsələni şəxsən müzakirə edəcək,” – Siyarto qeyd edib.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər