NYT: Tramp Modidən dəstək istədi
ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı zamanı Nyu-Dehlidən onu Nobel Sülh Mükafatına namizəd göstərməyi nəzərdən keçirməsini istəyib. Lakin Modi bu təklifi rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Söhbət iyunun 17-də baş tutub. Tramp bildirib ki, Pakistan onun Nyu-Dehli və İslamabad arasında atəşkəs danışıqlarındakı roluna görə Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi planlaşdırır. ABŞ prezidentinin sözləri Hindistana da oxşar addım atmaq üçün “birbaşa işarə” kimi dəyərləndirilib.
Qiymət Mahir