Nüvə silahı 25 ölkəyə yayılsa nə baş verər? - Qrossidən qorxunc PROQNOZ
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi nüvə silahının daha çox dövlət arasında yayılmasının qaçılmaz olaraq onun tətbiqinə gətirib çıxaracağından ehtiyat edir.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Əgər mövcud beynəlxalq şəraitdə nüvə silahına 25 və ya 18 dövlət sahib olsaydı, nüvə silahının tətbiqi mütləq baş verərdi, buna 100 faiz zəmanət vermək olar”, – deyə Qrossi vurğulayıb.
Onun sözlərinə görə, münaqişələrin sayının artması, təhlükəsizlik təminatlarının zəifləməsi, eləcə də hərbi və siyasi vəziyyətin dəyişməsi artıq bəzi dövlətləri nüvə silahından imtina qərarına yenidən baxmaq barədə düşünməyə vadar edir.
Qrossi belə bir inkişafı “son dərəcə narahatedici” adlandırıb və buna “nəyin bahasına olursa-olsun yol verməməyə” çağırıb.
Aysel Mətləb