Norveç NATO-nun hava bazalarından birini bağladı

Norveç NATO-nun hava bazalarından birini bağladı
03.12.2025 13:52 Dünya

NATO-nun Norveçin şimalındakı Andoya adasındakı aviabazası texniki problemlərə görə bağlanıb. 

TodayPress TV xəbər verir ki, bunu baza komandiri polkovnik-leytenant Oystein Dahlberq bildirib.

"Ən böyük problem uçuş-enmə zolağıdır. Məhdudiyyətlərinə görə Andoya adasından NATO-nun "Soyuq Cavab" adlı əsas təlimi zamanı istifadə edilə bilməz və bir çox digər müttəfiq fəaliyyətləri artıq ləğv edilib", - baza komandiri deyib.

Dahlberq bildirib ki, uçuş-enmə zolağındakı beton çatlar və torpaq eroziyası uçuşları mümkünsüz etdikdən sonra obyekt bağlanmalı olub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər