Nikuşor Dan: “Ukraynaya qoşun göndərmək yersizdir”

Nikuşor Dan: “Ukraynaya qoşun göndərmək yersizdir”
21.05.2025 09:40 Dünya

Rumıniyanın yeni seçilmiş prezidenti Nikuşor Dan Ukraynaya rumın hərbçilərinin göndərilməsini məqsədəuyğun saymadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Politico”ya müsahibəsində danışıb.

Dan vurğulayıb ki, Rumıniyada geniş hərbi dəstək bazasının olması məqbuldur, lakin Ukraynada sülhü təmin edən orduların bir hissəsi olmaq düzgün olmazdı.

“Rumıniya ərazisində daha böyük operativ dəstəyin olması – bəli. Amma Ukraynada sülhü təmin edən orduya daxil olmaq – xeyr” deyə Dan qeyd edib.

O, bu addımın Rumıniya ilə Rusiya arasında onsuz da mövcud olan gərginlik fonunda əlavə risklər yaradacağını deyib.

Dan həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı yanaşmasını tənqid edib və Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü tələbləri qeyri-realist adlandırıb.

Buna baxmayaraq, o, Ukraynada yaxın zamanda sülhün mümkün olduğuna inandığını bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər