Nigeriyalı dini lider ABŞ-ni ittiham etdi
Nigeriya Yevangelist Kilsəsinin rəhbəri Elijah Ayodele ABŞ-nin bir neçə Afrika ölkəsinin prezidentlərini vəzifədən uzaqlaşdırmaq niyyətində olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Nigeriyanın "Daily Post" qəzeti məlumat yayıb.
O qeyd edib ki, Vaşinqtonun terrorizmlə mübarizədə Nigeriyaya kömək etmək qərarı ölkədə vəziyyətin pisləşməsinə səbəb olacaq.
" Nigeriya Prezidenti Bola Tinubu indi nə edirsə etsin, ABŞ lideri Donald Tramp ona qarşı olacaq. Amerika sizə kömək etməyə deyil, sizi uzaqlaşdırmağa gəlir", - deyə lider vurğulayıb.
Ayodele ABŞ ilə əməkdaşlığın Afrika dövlətlərini Amerikanın onların hökumətlərinə nüfuz etməsinə gətirib çıxardığını düşünür.
Aysel Mətləb