Niderland Ukraynaya 250 milyon avro ayırır
Niderland Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının satın alınmasına əlavə 250 milyon avro yönəldəcək.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi bəyanat yayıb.
Məlumata əsasən, nəticədə krallığın Qərb müttəfiqlərinin "Drone Line" təşəbbüsündə iştirakının ümumi həcmi 1 milyard avroya çatacaq.
Qeyd olunur ki, Niderland, həmçinin Ukraynaya F-16 qırıcıları üçün əlavə döyüş sursatı vermək niyyətindədir. Krallığın müdafiə naziri Dilan Yeşilgöz-Zegeriusun sözlərinə görə, pilotsuz sistemlərin tədarükü hava hücumundan müdafiə ilə yanaşı, Kiyevə yardımın prioritet istiqamətlərindən biri olaraq qalır.
Nazir bildirib ki, Niderland ballistik raketlərə qarşı mübarizə üzrə yeni yaradılmış beynəlxalq koalisiyada da fəal iştirak edəcək. Onun sözlərinə görə, bu struktur Ukraynanın raketdən müdafiə sistemlərinin möhkəmləndirilməsinə töhfə verməlidir.
Aysel Mətləb