Niderland İsrail səfirini Xarici İşlər Nazirliyinə çağırır

Dünya

20.05.2026 20:52

Niderland saxlanılan Qəzzaya doğru hərəkət edən gəmi karvanının saxlanılan fəallarına qarşı qəbuledilməz rəftarla əlaqədar İsrailin səfirini Xarici İşlər Nazirliyinə çağıracaq.

TodayPress TV xəbər verir ki, bu addım İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin onlarla fəalın əlləri bağlı vəziyyətdə diz çökdürülməsini əks etdirən video paylaşmasından sonra atılıb.

"Ekstremist nazir Ben-Qvir tərəfindən saxlanılan fəalların paylaşılan görüntüləri sarsıdıcı və qəbuledilməzdir", - deyə Niderlandın Xarici İşlər Naziri Tom Berendsen öz paylaşımında bildirib.

O əlavə edib ki, məhbuslarla bu cür rəftar fundamental insan ləyaqətini təhqir edir:

"Mən bu məsələni birbaşa israilli həmkarım Gideon Saar qarşısında qaldırmışam və İsrail səfirini nazirliyə çağıracağam".

Aysel Mətləb

TodayPress TV

tag: İsrail,Niderland,Ben-Qvir,Qəzza,TodayPress TV,