Niderland hərbi gəmisinin Aralıq dənizindəki missiyası uzadıldı
Dünya
02.04.2026 21:10
Niderland hökuməti 5 milyon avroya başa gələn və şərqi Aralıq dənizindəki Fransa aviadaşıyıcı qrupunun missiyasında iştirak edən “Zr. Ms. Evertsen” freqatının müddətini may ayının əvvəlinə qədər uzatmaq niyyətindədir.
TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyinin parlamentə göndərdiyi qeyddə deyilib.
Qeyd olunub ki, müddətin uzadılması mövcud mandat çərçivəsində, mart ayında özünün "Charles de Gaulle" aviadaşıyıcısına müdafiə dəstəyi təmin etmək xahişi ilə Niderlanda müraciət edən Fransanın sorğusu əsasında həyata keçirilir.
Bildirilib ki, hərbi missiyalar və əməliyyatlar üzrə idarələrarası qrup martın 26-da ölkənin iştirakının uzadılmasını təsdiqləyib. Ümumilikdə xərclər, sursat sərfi nəzərə alınmadan, 7,5 milyon avro təşkil edəcək.
Aysel Mətləb
tag: Niderland,Fransa,Freqat,Zr. Ms. Evertsen,TodayPress TV,
