Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək"

Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək"
15.06.2026 11:34 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə danışığında Livandakı əməliyyatların davam etdiriləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. 

Məlumata görə, Netanyahu İsrail ordusunun Livandakı mövqelərini qoruyacağını və "Hizbullah" tərəfindən gələn təhlükəyə qarşı əməliyyatların davam edəcəyini vurğulayıb. O, həmçinin “terror infrastrukturunun məhv ediləcəyini” və İsrailə qarşı istənilən hücuma cavab veriləcəyini qeyd edib. 

Məlumatlar ABŞ-nin bölgədə atəşkəs və gərginliyin azaldılması üçün diplomatik səyləri fonunda yayılıb. Buna baxmayaraq, Netanyahu İsrailin təhlükəsizlik məsələlərində geri çəkilməyəcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər