Netanyahu İrandan gələn təhlükə ilə bağlı XƏBƏRDARLIQ ETDİ
İsrailin Baş naziri Benyamin Netanyahu İranın yenidən nüvə silahı əldə etməyə çalışdığını bildirib.
TodayPress TV xəbər verir ki, Netanyahu İranın nüvə proqramı ilə bağlı narahatlığını ifadə edib.
O, Tehranın nüvə silahı əldə etmək istiqamətində fəaliyyətini bərpa etməyə çalışdığını iddia edib.
Netanyahunun açıqlaması İranın nüvə proqramı ətrafında gərginliyin artdığı bir vaxtda səslənib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) idarəçilər şurası da sentyabrın 9-da İranın nüvə fəaliyyəti ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq qərarı verib.
Kübra Musayeva