Netanyahu: "İrana hücum İsrailin mövqeyini gücləndirib"
İrana edilən hücumlar İsrailin beynəlxalq mövqeyinə müsbət təsir göstərib.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Milli Səhiyyə Komissiyasına səfəri zamanı səsləndirib.
O əlavə edib ki, İsrail İslam Respublikasının "sümüklərini sındırmaq" üçün İrana zərbələr endirməyə davam edir və Tehranda xalq üsyanı və rejim dəyişikliyi üçün "şərait yaratmağa" ümid edir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar.
Jalə Rövşən