Nazir: "Rusiya iqtisadiyyatı tənəzzül astanasındadır"
Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikov rus mediasına verdiyi açıqlamada bildirib ki, ölkə iqtisadiyyatı artıq resessiyaya yaxınlaşıb.
TodayPress TV xəbər verir ki, Reşetnikov bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda danışıb.
“Hazırda sahibkarların və göstəricilərin vəziyyətinə baxdıqda düşünürəm ki, artıq resessiyaya keçidin ərəfəsindəyik”, - deyə o, bildirib.
Reşetnikov əlavə edib ki, Rusiya iqtisadiyyatının gələcəyi hökumətin addımlarından asılıdır.
Töhfə Səməd