NATO sammitində PUA-lara qadağa qoyulacaq
Niderland NATO sammiti zamanı Haaqa ətrafında bütün dronlara qadağa qoyub.
TodayPress TV xəbər verir ki,bu barədə Hollandiya hökuməti məlumat yayıb.
Bildirilir ki, yalnız polis dronları çəkiliş apara bilər.
Nazirlər Kabineti vurğulayıb ki, Haaqada uçuş qadağası iyunun 18-dən 25-dək, hava limanı ərazisində isə iyunun 23-dən 25-dək qüvvədə olacaq.
Qeyd edək ki, NATO sammiti iyunun 24-25-də Haaqadakı konqres binasında keçiriləcək.
Türkan İsgəndərli