NATO-nun Baş katibi ABŞ-nin alyansdan çıxması ehtimalını şərh etdi

NATO-nun Baş katibi ABŞ-nin alyansdan çıxması ehtimalını şərh etdi
18.04.2026 10:08 Dünya

NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin Şimali Atlantika Alyansından həqiqətən çıxacağına şübhə ilə yanaşır.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.

"ABŞ-nin NATO-dan çıxacağını düşünmürəm", - deyə Rutte bildirib.

Bununla belə, o, ABŞ Prezidenti Donald Trampın alyansın bəzi üzvlərindən həqiqətən məyus olduğunu inkar etməyərək, onun məyusluğunu bölüşdüyünü vurğulayıb.

Söhbət zamanı Rutte həmçinin bildirib ki, dünyanın hazırda NATO daxilində daha güclü Avropaya ehtiyacı var. Bu baxımdan, o, bir çox müttəfiqlər üçün nümunə olan Almaniyanı xüsusi qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər