Narışkin: "İranda radiasiya sızması qeydə alınmayıb"

Narışkin: "İranda radiasiya sızması qeydə alınmayıb"
24.06.2025 12:37 Dünya

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin bildirib ki, İranda radiasiya sızması olmadığını göstərən məlumatlara inanmaq olar.

TodayPress TV xəbər verir ki, o, bu fikri "TASS"a açıqlamasında deyib.

Qeyd edək ki, İranın Milli Nüvə Təhlükəsizliyi Mərkəzi iyunun 22-də bildirib ki, ABŞ-nin İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə hücumundan sonra radioaktiv çirklənmə qeydə alınmayıb.

İranın Atom Enerjisi Təşkilatı isə ABŞ-nin hücumunu təsdiqləyərək, bunun Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) laqeydliyi səbəbindən mümkün olduğunu qeyd edib.

Xatırladaq ki, iyunun 22-si ABŞ İsrailin hücumlarına qoşulub və İranın nüvə obyektlərinə zərbələr endirib. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər