Müharibədən sonra ilk Yapon gəmisi Hörmüz boğazından keçdi

Dünya

03.04.2026 18:15

ABŞ və İsrailin İrana hücumları başlayandan sonra Hörmüz boğazından keçən ilk Yapon gəmisi qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dəniz nəqliyyatı monitorinq xidməti məlumat yayıb.

Yaponiyanın "Mitsui OSK Lines" şirkətinə məxsus Sohar mayeləşdirilmiş təbii qaz tankeri Hörmüz boğazından 100 kilometr aralıda körfəzdə lövbər saldıqdan sonra Fars körfəzini tərk edə bilib və hazırda Oman sahillərində yerləşir.

Aprelin əvvəlinə olan məlumata görə, Yaponiyaya məxsus 45 gəmi Fars körfəzində ilişib qalıb.

İranın xarici işlər naziri Abbas Əraqçi "Kyodo News" agentliyinə açıqlamasında bildirib ki, Tehran Tokio ilə məsləhətləşmələr apararaq Yaponiya ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,İsrail,İran,Hörmüz,Todaypress.tv,