Moskvada 370-dən çox miqrant saxlanıldı
Rusiyanın paytaxtı Moskvada keçirilən polis reydi zamanı 370-dən çox miqrant saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Baş İdarənin “Telegram” kanalında qeyd olunub.
“Əməliyyat zamanı 370-dən çox miqrant saxlanılıb. Onlar sənədlərin rəsmiləşdirilməsi üçün daxili işlər orqanlarına təhvil verilib,” – məlumatda qeyd olunur.
Mənbə bildirir ki, saxlanılan şəxslər anbar və istehsal obyektlərində qaydaları pozublar.
Aynur TAC