Moskva Ukraynada onları hədəf elan etdi - Xarici hərbçilər…

Moskva Ukraynada onları hədəf elan etdi - Xarici hərbçilər…
08.09.2026 22:25 Dünya

Ukrayna ərazisində yerləşən istənilən xarici hərbi obyekt və hərbi geyimli şəxslər Rusiya üçün qanuni hədəf hesab ediləcək.

TodayPress TV  xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Rusiya Ukrayna məsələsi üzrə danışıqlara açıqdır, lakin danışıqlar davam etdiyi müddətdə hərbi yolla qarşıya qoyulan məqsədlərin həyata keçirilməsini dayandırmaq niyyətində deyil.

Nazir ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin danışıqlarda Rusiyadan ədalətsiz və ya mümkünsüz tələblər irəli sürmədiyini deyib.

Lavrov ABŞ administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların amerikalıların danışıqlar zamanı nümayiş etdirdiyi mövqe ilə ziddiyyət təşkil etdiyini də bildirib.

Rusiya XİN rəhbəri Almaniya kansleri Fridrix Mertsi də tənqid edib. O, Merts kimi siyasətçilərin Rusiyanı səmimi şəkildə təhlükə hesab etdiyini və bu mövqedən geri çəkilmədiklərini deyib.

Lavrov Avropa ilə bağlı sərt fikirlər də səsləndirib. Onun sözlərinə görə, son 500 il ərzində Avropa ölkələri digər xalqların hesabına yaşayıb və iki dünya müharibəsi məhz Avropada başlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər