U-20 millisində zədə şoku! – “Sabah”ın gənc ulduzu heyətdən çıxarıldı

U-20 millisində zədə şoku! – “Sabah”ın gənc ulduzu heyətdən çıxarıldı
02.10.2026 17:17 İdman

Qəbələdə təlim-məşq toplanışını davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. 

TodayPress TV xəbər verir ki, “Sabah” klubunun müdafiəçisi Həzrət Səmədov yığmanın düşərgəsini tərk etməli olub.

Paytaxt təmsilçisinin gənc futbolçusunun zədələnməsi səbəbindən U-20 millisinin heyətindən çıxarıldığı bildirilir.

Qeyd edək ki, Qəbələ toplanışı çərçivəsində milli komandamız oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya yığması ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. 

Namiq HUN

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər