Bakı-Tiflis qatarlarında dəyişiklik edilir
Bakı-Tiflis-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.
Məlumata əsasən, əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.
"Əlavə reyslərə biletlər bu gündən satışdadır", - ADY-dən qeyd edilib.