Əfsanələr yenidən bir arada! - Şakil O'Nil və Arvidas Sabonisdən möhtəşəm görüntü
Şöhrət Zalının üzvü, Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu amerikalı Şakil O'Nil Avroliqanın “Jalgiris” və “Olimpiakos” (91:93) komandaları arasında keçirilən matçında əfsanəvi sovet və litvalı basketbolçu Arvidas Sabonis ilə görüşüb.
TodayPress TV xəbər verir ki, qarşılaşma Avroliqanın müntəzəm çempionatının II turu çərçivəsində baş tutub.
İki nəhəng klubun gərgin mübarizəsi yunan klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Arvidas Sabonis FIBA Şöhrət Zalının və Basketbol Şöhrət Zalının üzvüdür. O, 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarının qızıl medalçısıdır. Bundan əlavə, iki dəfə (1992-ci ildə Barselonada və 1996-cı ildə Atlantada) Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Sabonis NBA-də 1995-2001-ci illərdə və 2002/2003-cü illər mövsümündə “Portlend Treyl Bleyzers” klubunun formasını geyinib.
Namiq HUN