Portuqaliyada Ronaldu həyəcanı: Federasiya ulduz futbolçu ilə sülh bağlayır!
Portuqaliya Futbol Federasiyası “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu ilə barışıq əldə etmək üçün addımlar atır.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın tanınmış rəqəmsal nəşri “Marca” məlumat yayıb.
Bildirilib ki, qurum milli komandada yaşanan son münaqişəyə baxmayaraq, Ronaldunun yığmadakı karyerasını başa vurmayacağına ümid edir.
Xatırladaq ki, baş məşqçi Jorje Jezuş aralarında heç bir anlaşılmazlığın olmadığını bildirsə də, Ronaldu milli komandanın məşqini yarımçıq qoyub düşərgəni tərk etmişdi. Təcrübəli hücumçu komandadan ayrılmaq qərarını şərh etmişdi.
Daha əvvəl bir sıra Portuqaliya KİV-ləri Ronaldunun milli komandadakı karyerasını rəsmi olaraq bitirmək niyyətində olduğunu yazmışdı.
Namiq HUN