Moskva-Kiyev razılaşmasına ÜMİD? - Tramp Putinlə söhbətini “möhtəşəm” adlandırdı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə möhtəşəm söhbət etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı bildirib.
“Biz möhtəşəm söhbət etdik. O, razılaşma əldə etmək istəyir və Zelenskinin (Ukrayna Prezidenti) də razılaşma əldə etmək istəməsi çox yaxşı olardı”, – deyə Tramp vurğulayıb.
Aysel Mətləb