Rusiya Almaniyaya qarşı hərəkətə keçdi: Diplomatlara vaxt verildi
Moskva Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunun və Rusiyadakı Höte adına mədəniyyət mərkəzlərinin fəaliyyətini dayandırır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Rusiya tərəfi Almaniya Federativ Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri çağırır. Konsulluq 2026-cı il sentyabrın 18-dən gec olmayaraq fəaliyyətini dayandırmalı, onun bütün əməkdaşları isə qeyd olunan tarixdən gec olmayaraq Rusiya Federasiyası ərazisini tərk etməlidir", - deyə qurumun saytında dərc olunan məlumatda bildirilib.
Həmçinin əlavə olunub ki, Almaniyanın Rusiyadakı Höte adına mədəniyyət mərkəzləri fəaliyyətini dayandırmalıdır. Onların ezam olunmuş əməkdaşlarına 2026-cı il sentyabrın 13-dən gec olmayaraq Rusiyadan çıxıb getmək tapşırılıb.
"İkitərəfli münasibətlərdə yeni eskalasiya mərhələsini növbəti dəfə məhz Almaniya hakimiyyəti təhrik edib. Fəsadlara görə bütün məsuliyyət tamamilə və bütövlüklə AFR hökumətinin üzərinə düşür," - deyə qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti Rusiyanın Bonndakı Baş konsulluğunu və Berlindəki Rusiya Elm və Mədəniyyət Evini bağlayıb.
Aysel Mətləb