Moskalkova Ukrayna hərbçilərinin mübadilə siyahısını təqdim etdi

Dünya

19.01.2026 14:35

Rusiya İnsan Hüquqları Komissarı Tatyana Moskalkova Ukrayna ombudsmanına yaxın gələcəkdə mübadilə ediləcək hərbçilərin siyahısını təqdim edib.

TodayPress TV  "Kommersant"a istinadən xəbər verir ki, bu barədə xanım Moskalovanın mətbuat xidməti məlumat verib.

O,  ukraynalı həmkarı Dmitri Lubinetsə "yaxın gələcəkdə" rus döyüşçüləri ilə dəyişdirilə biləcək Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin siyahısını təqdim edib .

Tatyana Moskalkova həmçinin dörd aylıq fasilədən sonra iki ölkə arasında hərbi əsir mübadiləsinin tez bir zamanda bərpa olunmasına çağırıb. O, Rusiya Müdafiə Nazirliyinin artıq bir neçə dəfə müxtəlif formatlarda mübadiləsin bərpasını təklif etdiyini, lakin "Ukrayna tərəfinin müvafiq qərarların qəbul edilməsini gecikdirdiyini" bildirib.

Mətbuat xidməti həmçinin bildirib ki, xanım Moskalkova Cenevrə Konvensiyasına uyğun olaraq yaralı rus hərbi əsirlərinin repatriasiyasının vacibliyini vurğulayıb. Rusiya və Ukrayna sonuncu dəfə əsir mübadiləsini oktyabrın 2-də həyata keçiriblər.

Daha sonra hər iki tərəf 185 hərbçini təhvil verib. Noyabr ayında Ukrayna Prezidenti Volodymyr Zelensky 2025-ci ilin sonuna qədər əsir mübadiləsini bərpa etmək planlarını açıqlayıb

Jalə Rövşən 

TodayPress TV

tag: Rusiya İnsan Hüquqları Komissiyası ,Tatyana Moskalkova,Ukrayna,Mübadilə ,Todaypress.tv,