Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
23.11.2026 16:50 Dünya

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) təsis sənədi olan Roma Statutundan çıxmaq barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi bildiriş göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin yaydığı rəsmi sənəddə məlumat verilib.

Bildirilir ki, Düşənbənin Roma Statutundan çıxmaq barədə müraciəti 20 noyabr 2026-cı ildə BMT-yə daxil olub.

Roma Statutunun 127-ci maddəsinə əsasən, üzv dövlətin təşkilatdan çıxması barədə bildirişi təqdim edildikdən bir il sonra qüvvəyə minir. Bu səbəbdən Tacikistanın BCM-dən çıxması 20 noyabr 2027-ci ildə rəsmiləşəcək.

Qeyd edək ki, Tacikistan 2000-ci ildə Roma Statutuna qoşulub. Çıxış qüvvəyə minənədək ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq qalacaq.

Beynəlxalq Cinayət Məhkəməsinin üzv dövlətlərinin Assambleyasının sədrlik qurumu Tacikistanın bu qərarından narahatlığını ifadə edərək Düşənbəni qərarına yenidən baxmağa çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər