Almaniya-Belarus sərhədində hərəkətlilik - Dronlar havaya qalxdı

Almaniya-Belarus sərhədində hərəkətlilik - Dronlar havaya qalxdı
23.11.2026 16:33 Dünya

Almaniya hərbçiləri Rusiyanın müttəfiqi Belarusla sərhədə yaxın ərazidə, Litvada kamikadze dronları və süni intellekt əsaslı hədəf seçimi sistemlərini sınaqdan keçirirlər.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, sınaqlar çərçivəsində tankları məhv etmək üçün nəzərdə tutulan partlayıcı dronlardan, eləcə də döyüş meydanından əldə edilən məlumatları təhlil edərək potensial hədəfləri müəyyənləşdirən süni intellekt proqram təminatından istifadə olunur.

Qeyd edək ki, Almaniya 2027-ci ilin sonunadək Litvada daimi əsasda 5 min hərbçi və 2 min hərbi texnika yerləşdirməyi planlaşdırır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər