Avropa Rusiyanı Çinin qucağına itələyir - Le Pen

Avropa Rusiyanı Çinin qucağına itələyir - Le Pen
23.11.2026 16:44 Dünya

Fransanın sağçı siyasətçisi Marin Le Pen Avropa İttifaqının Rusiyaya qarşı siyasətini tənqid edərək, bu yanaşmanın Moskvanı Pekinlə daha da yaxınlaşmağa sövq etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, Le Penin sözlərinə görə, o, hələ Ukrayna müharibəsi başlamazdan əvvəl Avropa İttifaqının Rusiyaya qarşı düşmən münasibətinin Moskvanı Çinə yaxınlaşdıracağı barədə xəbərdarlıq edib.

Siyasətçi hesab edir ki, Avropanın və ümumilikdə dünyanın Rusiyanı Çinə doğru itələməsi düzgün yanaşma deyil. O, iki böyük dövlət arasında güclü strateji yaxınlaşmanın formalaşmasının Avropa üçün arzuolunmaz nəticələr doğura biləcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda Rusiya ilə Çin arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq genişlənməkdədir. Le Penin açıqlaması isə bu yaxınlaşmada Avropa İttifaqının siyasətinin roluna dair müzakirələri yenidən gündəmə gətirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər