Modi Putini Hindistana dəvət etdi

Modi Putini Hindistana dəvət etdi
01.09.2025 12:03 Dünya

Hindistanın Baş naziri Narendra Modi Rusiya ilə münasibətləri yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb. 

O, iki ölkə arasında xüsusi və imtiyazlı strateji tərəfdaşlığın dərinliyi və genişliyinə diqqət çəkib.

“Sizinlə görüşmək mənim üçün hər zaman böyük məmnuniyyətdir. Belə görüşlər yadda qalan olur və çoxsaylı mövzular üzrə fikir mübadiləsi aparmaq imkanı yaradır. İki ölkə arasında müntəzəm olaraq yüksək səviyyəli təmaslar davam edib. Bu ilin dekabrında keçiriləcək sammit üçün sizi Hindistanda böyük həvəslə gözləyəcəyik”, - deyə Modi bildirib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər