Mirzoyan və Kallas Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər

Mirzoyan və Kallas Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər
03.03.2026 21:20 Dünya

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla telefon danışığı aparıb.

Todaypress TV  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Facebook" səhifəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyətə, o cümlədən humanitar məsələlərə toxunublar.

Mirzoyan Ermənistanın sülh gündəliyinin təşviqi ilə bağlı yanaşmalarını, eləcə də Ermənistanla Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsinə dair erməni əhalisi arasında formalaşan dəstəyi vurğulayıb.

Mirzoyan və Kallas qarşıdan gələn tədbirlərin və səfərlərin təşkilində, eləcə də Ermənistan və Aİ gündəliyinin təşviqində fəal iştiraklarını vurğulayıblar.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər