Merts: Gömrük rüsumları münasibətlərə zərər vurur
Gömrük rüsumlarına dair təhdidlər transatlantik münasibətlərə mənfi təsir edir və Arktikada sabitliyi risk altına qoyur.
TodayPress TV xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.
O bildirib ki, Almaniya NATO üzvü kimi Arktikada təhlükəsizliyin gücləndirilməsinə sadiqdir. Mertsin sözlərinə görə, gömrük rüsumlarının tətbiqi ilə bağlı səsləndirilən təhdidlər transatlantik münasibətlərə zərər vurur və gərginliyin artması riskini yaradır.
Kansler vurğulayıb ki, Almaniya müttəfiqləri ilə birlikdə regionda sabitliyin və təhlükəsizliyin qorunmasının tərəfdarıdır.