Meksika BMT-nin itkin düşmüş şəxslərlə bağlı hesabatını tənqid etdi
Dünya
03.04.2026 00:30
Meksika hökuməti BMT-nin Məcburi İtkin Düşmə üzrə Komitəsinin hesabatını qərəzli adlandıraraq və ölkənin bu problemlə mübarizədə əldə etdiyi nailiyyətlərin nəzərə alınmadığını bildirərək qəti şəkildə rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında deyilib.
"Meksika BMT-nin Məcburi İtkin Düşmə üzrə Komitəsinin hesabatını qərəzli hesab edərək və hökumət tərəfindən təqdim olunan qeydləri, təhlilləri, yenilənmiş məlumatları nəzərə almadığı üçün rədd edir", - deyə qurumların birgə kommünikesində bildirilib.
Hakimiyyət orqanları qeyd edirlər ki, BMT-nin arqumentləri komitənin özünün məcburi itkin düşmə tərifi ilə üst-üstə düşmür və Meksikada 2025-ci ilə qədər aparılan genişmiqyaslı institusional islahatları görməzdən gəlir.
Aysel Mətləb
tag: Meksika,BMT,İtkin,Hesabat,TodayPress TV,
