Maskın sərvəti 852 milyard dollara çataraq rekord qırdı

Dünya

04.02.2026 13:30

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask sərvəti 800 milyard dolları keçən tarixdə ilk şəxs olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Onun sərvəti 852 milyard dollar olaraq qiymətləndirilib.

Maskın sərvətindəki artım "SpaceX"in ona məxsus "xAI Corporation" şirkətini satın almasından sonra baş verib. Müqavilə nəticəsində birləşmiş şirkətin ümumi dəyəri 1,25 trilyon dollar olub və bu, Maskın sərvətinə əlavə 84 milyard dollar qazandırıb.

“Forbes” qeyd edir ki, bu, Maskın bir ildən az müddətdə həyata keçirdiyi ikinci böyük birləşmədir. O, 2025-ci ilin martında "xAI" və "X" sosial şəbəkəsini birləşdirib.

Jurnalın məlumatına əsasən, Mask son aylarda ardıcıl olaraq bir neçə sərvət rekordu qırıb və hazırda ən yaxın rəqibi olan "Google"ın həmtəsisçisi Larri Peyci 578 milyard dollar qabaqlayır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İlon Mask,Varlı,Mülk,Büdcə,Todaypress.tv,