Marsa uçuşun əsas təhlükəsi müəyyən edildi

Dünya

11.04.2026 18:30

Marsa uçuş astronavtlar üçün radiasiya xəstəliyi riski yaradır.

TodayPress TV  xəbər verir ki, bunu “Roskosmos”un baş direktoru Dmitri Bakanov bildirib.

O, bildirib ki, Marsa hər hansı insan missiyası qaçılmaz olaraq heyətin ciddi radiasiya təsirinə məruz qalmasına səbəb olacaq.

Bakanov izah edib ki, Marsa uçuş zamanı insan orqanizmi radiasiya kəmərlərinin və yüksək enerjili yüklü hissəciklərin təsirinə məruz qalır.

Onun sözlərinə görə, Rusiya dərin kosmik uçuş texnologiyalarını ilk növbədə Ayda inkişaf etdirməyi planlaşdırır. Yaxın illərdə Yer peykinin müşahidəsi üçün orbital stansiyanın yaradılması, səthin tədqiqi məqsədilə eniş aparatlarının və onlar üçün nüvə enerji modullarının istifadəyə verilməsi nəzərdə tutulur.

Jalə Rövşən 

TodayPress TV

tag: Mars ,Kosmos ,Roskosmos,Radiasiya ,Todaypress.tv,